Ştat Cədvəli

müəssisənin, idarənin işçilərinin sayını, vəzifələrini, vəzifə maaşlarını, ödəmə xüsusiyyətlərini göstərməklə təsdiq olunmuş, qəbul edilmiş sayca tərkibini əks etdirən siyahısı.
Ştat
Ştat Vahidi
OBASTAN VİKİ
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Mendeleyev cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Rütbələr cədvəli
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Simvollar Cədvəli
Simvollar Cədvəli — proqramın kompilyasiyası (yaxud assemblerləşdirilməsi) zamanı rast gəlinən bütün identifikatorların siyahısı, onların proqramda yeri və atributları. Simvollar cədvəli kompilyatorda saxlanılır və kompilyasiya zamanı müxtəlif identifikatorlara müraciətləri yoxlamaq, yaxud onlara icazə vermək məqsədilə istifadə olunur; o, həm də tez-tez obyekt kodun (çıxış proqramının) bir hissəsi kimi yazılır ki, linkləyici ayrı-ayrı kompilyasiya olunan modullar arasındakı istinadlara icazə verə bilsin. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Vurma cədvəli
Vurma cədvəli və ya Pifaqor cədvəli — 1-ci sətir və 1-ci sütunlarında vuruqlar, oyuqlarda isə uyğun ədədlərin hasili olan cədvəl. Məktəblilərə vurmanı öyrətmək üçün istifadə edilir.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Vaşinqton (ştat)
Vaşinqton (ing. Washington) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir. Ərazisi 184 673 km. Əhalisi 5,9 mln nəfərdir. İri şəhərləri Sietl, Spokein və Takomadır. Ştat statusunu 11 noyabr 1889-cu ildən alıb. Qubernatoru Kristin Qrequardır. Ştatın şüarı "Həmişəyaşıl ştat"dır. Şimalda Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə, cənubda Oreqon, şərqdə Aydaho ştatı ilə həmsərhəddir.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Ştat (ABŞ)
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Jujuy (ştat)
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Apollon proqramı cədvəli
Amerikanın pilotlu Ay proqramı olan Apollon proqramları
Elementlərin dövrü cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
UEFA Əmsallar cədvəli
UEFA
Kenenin iqtisadi cədvəli
İqtisadi cədvəl (fr. Tableau économique) — bütövlükdə ictimai təkrar istehsalı təsvir etmək üçün ilk cəhdlərdən biri olan fransız iqtisadçısı Fransua Kenenin işi. Ehtimal olunur ki, iqtisadiyyatın kateqoriyalı aparatına "təkrar istehsal" terminini əlavə edən məhz Kene olmuşdur. Alimin 1758-ci ildə tərtib etdiyi cədvəl istehsalın təbii, yəni maddi və dəyər, yəni pul elementləri arasında tarazlıq nisbətlərinin qurulmasına əsaslanır. Yalnız kənd təsərrüfatında yeni dəyər yaratmağın fundamental imkanlarını irəli sürən "saf məhsul" paradiqmasına əsaslanaraq, Kene fiziokratların iqtisadi doktrinasının əsasını qoydu. == Nəzəriyyənin əsas elementləri == Kene ictimai iqtisadiyyatda üç agent qrupunu müəyyən etdi: fermerlər və kənd təsərrüfatı sektorunda muzdlu işçilər, "məhsuldar sinif", torpaq sahibləri — feodallar (kralın da daxil olduğu), sənayeçilər, tacirlər, sənətkarlar və kənd təsərrüfatında işləməyən başqaları, "steril təbəqə". Cədvələ əsasən, illik təkrar istehsal dövrü çərçivəsində məhsul və pul dövriyyəsinin beş aktı baş verir, ondan əvvəl torpaq rentasının ödənilməsi baş verir: fermerlər torpaq mülkiyyətçilərinə 2 milyard livr ödəyir. Sonra çevrilmə prosesinin özü baş verir: sahibləri fermerlərdən 1 milyard livr dəyərində ərzaq alır. Fermerlər milyard geri alır və bu məbləğ illik məhsulun 1/5 hissəsi kimi dövriyyədən çıxarılır; sahiblər ikinci milyard icarəyə "steril" sinifdən sənaye məhsullarını alırlar; "Steril" təbəqə aldıqları milyardları fermerlərdən ərzaq almaq üçün istifadə edir. Fermerlər daha bir milyard alır və illik məhsulun daha beşdə biri dövriyyədən çıxarılır; fermerlər "steril"dən 1 milyard dəyərində sənaye məhsulu alırlar.
Malların nomenklaturası cədvəli
Beynəlxalq miqyasda, mal nomenklaturasının ən məşhur nümunəsi Harmonizə Olunmuş Sistem (HS) kodlarıdır. HS kodları, Dünya Gömrük Təşkilatı (WCO) tərəfindən idarə olunur və dünya üzrə bir çox ölkə tərəfindən qəbul edilmişdir. Bu kodlar, mal və məhsulları təsnif etmək və onların beynəlxalq ticarətini asanlaşdırmaq üçün istifadə olunur. HS sistemi, mal və məhsulları altı rəqəmli kodlarla təsnif edərək, gömrük tarifləri, ticarət siyasətləri, tədqiqatlar və digər beynəlxalq təşkilatlar arasında məlumat mübadiləsi üçün bir standart təmin edir. Mal nomenklaturası, müxtəlif malların və məhsulların sistemli şəkildə təsnif edildiyi və kodlandığı bir siyahıdır. Bu sistem, həm beynəlxalq ticarətdə həm də milli iqtisadiyyat daxilində malların dövriyyəsini, gömrük rəsmiləşdirilməsini, statistik məlumat toplanmasını və vergi tətbiqlərini asanlaşdırmaq məqsədi daşıyır. Mal nomenklaturası, müxtəlif sektorlar və məhsullar üzrə detallı təsnifatı əhatə edərək, malın təsviri, menşei, tətbiqi və texniki xüsusiyyətləri kimi məlumatları standartlaşdırır. Mal nomenklaturasının tətbiqi, həmçinin milli səviyyədə müxtəlif formalar ala bilər, ölkənin öz iqtisadi və ticarət qaydalarına uyğun olaraq fərqlənə bilər. Bu, ölkələr arası ticarətdə məhsulların dəqiq təsnifatını və vergiləndirilməsini təmin etmək, eyni zamanda iqtisadi siyasətlərin və tədqiqatların həyata keçirilməsini asanlaşdırmaq üçün mühümdür == Malların Tarif Mövqeyi == Beynəlxalq Haromnizə Edilmiş sistemdə malların kodları 1–6, Kombinə Edilmiş sistemdə 1–8, Milli sistemdə isə 1–10 arası rəqəm kodlaşdırılmasında müəyyən olunur. Əlavə məlumat üçün Türkiyə Respubliksının GTİP sistemində bu kodlar 1–12 rəqəmləri ilə müəyyən olunur.
Arizona Ştat Universiteti
Arizona Ştat Universiteti (ing. Arizona State University) və ya qısaldılmış ASU — Dövlət idarəetməsi altında olan ABŞ-nin ən böyük ictimai təhsil və tədqiqat universiteti. Tələbələrin ümumi sayı 80 mindən çoxdur. Universitet binaları Böyük Finiks ərazisində yerləşən 4 şəhərcik üzərində paylanır. == Tarixçə == Universitet, 1885-ci ildə, Arizona ştatının Tempe şəhərində Tempe məktəbi adı ilə quruldu. 1945-ci ildə məktəb Arizona İdarə Heyətinin nəzarəti altına keçdi və Arizona Dövlət Kolleci adlandırıldı. 1958-ci ildə ştatda səsvermə nəticəsində məktəbin adı Arizona Dövlət Universiteti olaraq dəyişdirildi. Beləliklə, ABŞ-də populyar səsvermə yolu ilə universitet statusunu əldə edən yeganə ali təhsil müəssisəsidir. 1984-cü ildə universitet genişləndi. Tempe şəhərciyi əlavə olaraq, Finiks əyalətinin paytaxtında Qərb şəhərciyi meydana gəldi, bundan sonra 1996-cı ildə Mesa'nın şərqindəki Politexnik şəhərciyi əlavə edildi və 2006-cı ildə Finiks şəhərətrafı bölgələrində bir kampus meydana gəldi.
Miçiqan Ştat Universiteti
Miçiqan Ştat Universiteti (ing. Michigan State University) — Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən ali təhsil müəssisəsi. Universitetin BƏƏ-nin Dubay Əmirliyində filialı fəaliyyət göstərir.
Nyu-York (ştat)
Nyu-York ştatı — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən ştatdır. Ştat əhalisinin sıxlığına görə üçüncüdür. Nyu-York cənubdan Nyu Cersi və Pensilvaniya, şərqdən isə Konnektikut, Vermont və Massaçusetts ştatları ilə əhatələnib. Şimaldan və qərbdən Kanada ilə sərhəddir. Ştatda yerləşən Nyu-York şəhəri 8 milyonluq əhalisi ilə Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Ştat ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox üstünlük verilən ştatdır. Ştat İngiltərə hersoqu Yorkun şərəfinə Nyu-York adlandırılmışdır. Nyu-York yaranma tarixinə görə on birinci ştatdır. Mərkəzi Olbani şəhəridir.
Nyu York (ştat)

Pensilvaniya Ştat Universiteti
Pensilvaniya Ştat Universiteti (ing. Pennsylvania State University) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşən ali təhsil müəssisəsi.
San-Paulo (ştat)
San Paulu (port. São Paulo) — Braziliyanın əhali və iqtisadi baxımından ən baxımından böyük ştatı. Ştat ölkənin cənub-şərqində qərarlaşır. İnzibati mərkəzi Sau Paulu şəhəridir. Üstəlik şəhər nəyinki, Braziliyanın həm də Cənubi Amerikanın ən böyük şəhəridir. Portuqalca Müqəddəs Pavel adlanır. Braziliyanın cənub-şərqində yerləşir və şimaldan Minas-Jerays, şərqdən Rio-de-Janeyro, cənubdan Parana, qərbdən Matu-Qrosu-du-Sul ştatları sərhədə malikdir. Cənub-şərqdən Atlantik okeana çıxışı vardır. Ən hündür nöqtəsi Jaraqua dağıdır (1135 m). 1.
51-ci ştat
Amerika siyasi diskursunda 51-ci ştat, Birləşmiş Ştatların ərazilərindən birinə dövlətçiliyin verilməsi, yeni bir dövlət yaratmaq üçün mövcud ştatların bir və ya bir neçəsinin parçalanması və ya Kolumbiya Dairəsinə dövlətçiliyin verilməsi və bununla da dövlətçiliyin artırılması konsepsiyasına istinad edir. 1959-cu ildə Havay adalarından bəri yeni bir ştat qəbul edilməmişdir və bu günkü günə kimi ştatların sayı dəyişməyib 50 olaraq qalmışdır. Kolumbiya və Puerto-Riko dairələrində seçicilər referendumda dövlətçiliyə səs veriblər. Dövlətçiliyə namizədlər kimi onların Birliyə (Birləşmiş Ştatlara) qəbul edilməsi Konqresin təsdiqini tələb edir. Amerika Samoası, Quam, Şimali Marian adaları və Birləşmiş Ştatların Virgin adaları ABŞ-ın potensial olaraq ABŞ ştatlarına çevrilə biləcək digər əraziləridir . İfadə müsbət mənada istifadə oluna bilər, yəni bir bölgə və ya ərazi Birləşmiş Ştatlarla o qədər uyğunlaşdırılmış, dəstəklənmiş və əlverişlidir ki, o, ABŞ ştatına bənzəyir və ya əksinə, alçaldıcı mənada, bir ərazi və ya bölgə həddindən artıq Amerika mədəni və ya hərbi təsiri və ya nəzarəti altındadır. Yerli və ya milli mədəniyyətlərinin həddən artıq amerikanlaşdığına inanan insanlar bəzən bu termini öz ölkələrinə münasibətdə istifadə edirlər. 1959-cu ildə Alyaska və Havay ABŞ-ın ştatlarına çevrilməzdən əvvəl ekvivalent ifadə "49-cu ştat" idi.
Kimyəvi elementlərin dövri cədvəli